Atatürk prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilir

13:30 26.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) hafta.az-a bildirilib ki, bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.